Anbar və Ticarət Modulu

Anbar və Ticarət Modulu

Anbar və Ticarət Modulu

Anbar və Ticarət Modulu Nədir və Niyə Vacibdir?

Müasir biznes mühitində mal qalıqlarının dəqiqliyi və ticarət proseslərinin sürəti rəqabət üstünlüyünün və gəlirliliyin əsasını təşkil edir. Anbar və Ticarət modulu şirkətinizin məhsul alışı, anbar yerdəyişmələri, inventarizasiya, müştəri sifarişləri, satış və hesabatlılıq kimi əsas proseslərini vahid bir sistemdə birləşdirir.

Arter olaraq biz, biznesinizin stok və satış əməliyyatlarına tam nəzarət etmənizi təmin edən qabaqcıl Anbar və Ticarət həllini təqdim edirik. Bizim təklif etdiyimiz bu həll sadə və çevik quruluşu sayəsində həm kiçik pərakəndə mağazalar, həm də geniş şəbəkəyə malik böyük topdansatış anbarları üçün idealdır.

Əsas xüsusiyyətlər aşağıdakılardır:

  • Məlumatların İdarə Edilməsi: Anbar və mallarla bağlı bütün məlumatlar sistemdə ətraflı şəkildə qeyd olunur. Məhsul növləri, xüsusiyyətləri, qrupları və ölçü vahidləri haqqında məlumatlar xüsusi olaraq kateqoriyalaşdırılır.

  • Anbar Əməliyyatları:

    • Məhsul Alışı və Sifarişlər: Təchizatçılarla sifarişlərin və məhsul alışının idarə edilməsi.

    • Məhsul Transferi: Malların bir anbadan digərinə yerdəyişməsi.

    • İnventarizasiya (Sayım): Real və virtual anbar qalıqlarının müqayisəsi, fərqlərin aradan qaldırılması.

    • Məhsulun Silinməsi: İstifadə müddəti bitmiş və ya yararsız məhsulların anbar qeydiyyatından çıxarılması.

  • Satış Əməliyyatları:

    • Müştəri Sifarişləri: Müştəri sifarişlərinin sistemə daxil edilməsi və izlənməsi.

    • Məhsul Satışı: Anbardan məhsulların nağd və ya kreditlə satışı. Satışlar həmçinin köçürmə (transfer) yolu ilə də həyata keçirilə bilər.

    • Satışdan Qayıtma (Vozvrat): Qaytarılmış məhsulların anbara qəbulu və yenidən qeydiyyatı.

    • Qüsurlu Məhsulların İzlənməsi: Vaxtı keçmiş, satıla bilməyən və ya zədələnmiş məhsulların siyahıya alınması və hesabatının aparılması.

  • Hesabatlar: Anbar qalıqları, satışlar, alışlar və dövriyyə haqqında ətraflı hesabatlar. Bu hesabatlar müxtəlif formatlarda (Excel, PDF, HTML) çıxarıla və çap oluna bilər.

Modulun Üstünlükləri:

İstifadə Rahatlığı

Sadə və anlaşılan (intuitiv) interfeys vasitəsilə əməliyyatlar tez və rahat həyata keçirilir.

Məlumat Təhlükəsizliyi

Bütün məlumatlar sistem daxilində təhlükəsiz şəkildə saxlanılır və müntəzəm olaraq yenilənir.

Çevik İdarəetmə

Ticarət və anbar əməliyyatları üzərində tam və davamlı nəzarəti təmin edir.

Bu Xidmətlə Bağlı Suallar

Bu modul yalnız böyük şirkətlər üçündür, yoxsa kiçik bizneslər də istifadə edə bilər?

Modulumuz tamamilə çevik və modulyar bir quruluşa malikdir. Həm tək bir mağazası və ya anbarı olan kiçik/orta bizneslər, həm də çoxsaylı anbarları və geniş satış şəbəkəsi olan böyük şirkətlər tərəfindən asanlıqla istifadə edilə bilər.

Sistemdə eyni anda bir neçə anbarı (və ya filialı) idarə etmək mümkündürmü?

Bəli, mümkündür. Sistem vasitəsilə sonsuz sayda fiziki və ya virtual anbar yarada, malların mərkəzi anbadan filiallara və ya anbarlar arası transferini saniyələr içində həyata keçirib izləyə bilərsiniz.

Real anbar qalıqları ilə sistemdəki qalıqlar arasında fərq (əskik/artıq) yaranarsa, bunu necə həll edə bilərəm?

Modulun "İnventarizasiya (Sayım)" funksiyası məhz bu cür halların tənzimlənməsi üçündür. Siz anbar sayımı apardıqdan sonra yaranan fərqləri sistemə daxil edərək qalıqları avtomatik şəkildə real vəziyyətə uyğunlaşdıra bilərsiniz.

Zədələnmiş və ya istifadə müddəti bitmiş malların uçotu necə aparılır?

Sistemdə qüsurlu, zədələnmiş, satıla bilməyən və ya vaxtı keçmiş məhsulları siyahıya almaq üçün xüsusi funksionallıq mövcuddur. Bu məhsulları asanlıqla anbar qeydiyyatından silə və ya xüsusi qüsurlu mallar anbarına transfer edərək itkilərinizin dəqiq hesabatını apara bilərsiniz.

Sistemdən hansı növ hesabatlar əldə edə bilərəm və onları yükləmək mümkündürmü?

Siz anbar qalıqları, gündəlik/aylıq dövriyyə, alışlar, satışlar və gəlirlilik haqqında istənilən dövrü əhatə edən ətraflı hesabatlar çıxara bilərsiniz. Bütün bu hesabatları Excel, PDF və ya HTML formatında sistemdən yükləmək və çap etmək tamamilə mümkündür.

Sistem vasitəsilə qaytarılan (vozvrat) malların qəbulunu necə etmək olar?

"Satışdan Qayıtma" funksiyası ilə müştəri tərəfindən qaytarılan məhsulları yenidən anbara mədaxil etmək və stokları avtomatik olaraq yeniləmək çox sadədir. Bu proses həm anbar, həm də maliyyə uçotunda eyni anda öz əksini tapır.

Biznesinizi Avtomatlaşdırmağa Hazırsınız?

Əlaqə Saxla