Xidmətlər

Xidmətlər

ERP Sistemlərin Tətbiqi

Şirkətinizin bütün resurslarını (maliyyə, anbar, satış, insan resursları) tək bir mərkəzdən idarə edin. Biz Odoo sisteminin rəsmi partnyoru olaraq sizə ən uyğun ERP həllini təklif edirik.

  • Tam avtomatlaşdırılmış anbar uçotu
  • CRM və Satış idarəetməsi
  • Maliyyə və Mühasibatlıq inteqrasiyası

Demo Tələb Et

Xidmətlər

Kompleks IT Həlləri

HR Modulu — İşçi İdarəetməsi

Yeni işçi sisteme əlavə edilir — sənədlər yüklənir, onboarding tapşırıqları avtomatik paylanır, təlim cədvəli formalaşır. Vəzifə dəyişiklikləri, maaş yeniləmələri, şirkətin struktur sxemi — hamısı bir kliklə yenilənir.

Ətraflı

Məzuniyyət və Davamiyyət Modulu

İşçi mobil tətbiqdən məzuniyyət sorğusu göndərir. Sistem balansı avtomatik yoxlayır, rəhbərə bildiriş göndərir, rəhbər bir klikdə təsdiq/rədd edir. Siyahı avtomatik yenilənir, iş günü təqviminə işarə qoyulur.

Ətraflı

Əmək Haqqı Modulu

Hər işçi üçün maaş strukturu bir dəfə konfiqurasiya edilir. Ay sonunda sistem bütün işçilər üçün hesablamanı avtomatik aparır — davamiyyət, əlavə saatlar, mükafatlar, kəsintilər nəzərə alınır. Payslip hazırlanır, işçiyə göndərilir.

Ətraflı

İşe Qəbul Modulu

Vakansiya açılır, avtomatik sayta, LinkedIn-ə, iş portallarına yayımlanır. Gələn müraciətlər kanban görünüşündə sıralanır. Müsahibə planlaşdırılır, rəy komandanın daxil etdiyi qeydlər əsasında formalaşır. Seçilən namizəd bir kliklə işçiyə çevrilir.

Ətraflı

E-Ticarət Modulu

Ayrı e-ticarət platforması ilə ERP sistemini sinxronizasiya etmək çox vaxt çətin, xətaya meyilli və bahalı olur. Odoo-nun e-ticarət modulu saytınızı birbaşa ERP-ə bağlayır: stok, qiymət, sifariş — hamısı real vaxtda uyğun olur.

Ətraflı

E-Poçt Marketinq Modulu

Ümumi e-poçt göndərməklə müştəri diqqəti çəkmək getdikcə çətinləşir. Odoo Email Marketing müştərilərinizi seqmentlərə bölür, hər seqmentə uyğun məzmun göndərir və nəticəni açıq-aydın rəqəmlərlə göstərir.

Ətraflı

Helpdesk Modulu

Müştəri sorğuları e-poçta, telefona, sosial mediaya dağıldıqda isə heç bir sorğu unudulmur deyə söz vermək çətin olur. Odoo Helpdesk bütün kanallardan gələn sorğuları tək sistemdə birləşdirir, SLA ilə cavablanma müddətini təmin edir.

Ətraflı

Canlı Chat Modulu

Saytda bir sual cavablanmadan qalan potensial müştəri rəqibə gedə bilər. Canlı Chat modulu saytınızdaki hər ziyarətçi ilə real vaxtda əlaqə saxlamağa, sualları dərhal cavablamağa, satış fürsətlərini dərhal yakalamağa imkan verir.

Ətraflı