İstehsal Modulu

İstehsal Modulu

Niyə lazımdır?

İstehsal şirkətlərinin əksəriyyəti planlamanı əl ilə aparır: kim nəyi istehsal edəcək, hansı materiallar lazımdır, avadanlıq boşdurmu? Bu cavabsız suallar gecikmələrə, artıq materiala, boş dayanışlara gətirib çıxarır. Odoo Manufacturing bu boşluqları bağlayır.

Kimə uyğundur?

İstehsal müdiri, texnoloq, anbar rəisi, planlaşdırma şöbəsi, yüngül sənaye müəssisələri

Necə işləyir?

Müştəri sifarişi gəldikdə sistem hansı materialların lazım olduğunu (BoM-a əsasən) avtomatik hesablayır, istehsal əmri yaradır və iş stansiyalarına tapşırıq göndərir. İşçilər planşetdən istehsal addımlarını qeyd edir, sistem icranı real vaxtda izləyir.

Əsas xüsusiyyətlər:

  • Materialların siyahısı (Bill of Materials) — çox səviyyəli BoM dəstəyi
  • İstehsal əmrləri (Manufacturing Orders) — planlaşdır, başlat, tamamla
  • İş mərkəzləri (Work Centers) — hər stansiyaya ayrıca tapşırıq
  • İş əmrləri (Work Orders) — ardıcıl istehsal addımları ilə
  • Kapasite planlaması — hansı stansiya nə qədər yüklüdür
  • MRP (Material Requirements Planning) — lazımi materiallar avtomatik hesablanır
  • Real vaxt istehsal dashboard — nə istehsal olunub, nə gözləyir
  • Yarımfabrikat uçotu — aralıq mərhələlərin izlənməsi
  • Keyfiyyət yoxlama məntəqələri — hər mərhələdə yoxlama
  • Satınalma, anbar, satış modulları ilə tam sinxronizasiya

Biznesinizi Avtomatlaşdırmağa Hazırsınız?

Əlaqə Saxla