Haqqımızda

Bir müəssisədə dəqiq uçot prosesinin qurulması üçün tələblərə uyğun proqram həllərinin tapılması çox vacibdir. ERP tətbiqi sahəsində 15 illik təcrübəyə malik olan Arter şirkətinin peşəkar komandası müəssisədə biznes proseslərinin analizi, doğru ERP həllinin seçilməsi və tətbiqində ən etibarlı tərəfdaşdır. Komandamız ERP tətbiqi zamanı “Arterial Biznes Həllər” fəlsəfəsini rəhbər tutaraq biznesin şah damar sistemini formalaşdırır. Bu da öz növbəsində bölmələr arasında mərkəzləşmiş şəffaf məlumat axınını, biznes proseslərinin ölçüləbilən və detallı hesabatlılığa malik olmasını təmin edir.

Arter - Biznesin şah damarı !